Qırğızıstanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Uluqbəy Maripov Səudiyyə Ərəbistanının İnvestisiyalar nazirinin müavini Bədr bin İbrahim Əl-Bədr ilə görüşündə bildirib ki, Səudiyyə Ərəbistanı Qırğızıstan iqtisadiyyatına investisiya qoymağa hazırdır.
Turaz.org bildirir ki, yaxın vaxtlarda Qırğızıstan Respublikasının investisiya potensialı, iri milli layihələri və qarşılıqlı maraq doğuran digər sahələri ilə ətraflı tanış olmaq üçün Qırğızıstana İnvestisiya Nazirliyinin işçi qrupu səfər edəcək.
“Biz Səudiyyə Ərəbistanının İnvestisiya nazirinin müavini Bədr bin İbrahim Əl-Bədr ilə görüşdə işçi qrupun səfəri ilə bağlı razılığa gəldik. Bu zaman qarşıdan gələn Qırğızıstan-Səudiyyə biznes forumunu və ikitərəfli işgüzar şuranın yaradılmasını da müzakirə etdik. Ölkələrimizin enerji, kənd təsərrüfatı, logistika, turizm və bir çox digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialı var. Birgə layihələrin bir hissəsi artıq həyata keçirilir və Səudiyyə tərəfi özünü etibarlı tərəfdaş və investor kimi göstərib”, – Maripov bildirib.
Tərcümə:Günay Xankişiyeva
Son Xəbərlər
ABF-nin 7 üzvü Xorvatiyaya yola düşüb
Özbəkistan BMT-də Aral problemini qaldırıb
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq etdi