Şəxsi səhifələrə məlumatların göndərilməsi başa çatıb
Cari ilin 3-8 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulan işə qəbul imtahanlarında iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumatlar göndərilib. Həmin tarixlərdə texnologiya, informatika, coğrafiya və tarix fənləri üzrə növbəti test imtahanları keçiriləcək.
Bununla da müsabiqədə iştirak edəcək namizədlərin şəxsi səhifələrinə məlumatların göndərilməsi başa çatıb. Şəxsi səhifəsinə müvafiq məlumatın göndərilməsi ilə bağlı hər hansı problemlə qarşılaşan namizədlər Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (əlaqə telefonu-146) müraciət edə bilərlər.
Təhsil Nazirliyi test imtahanlarında iştirak edəcək bütün namizədlərə uğurlar arzu edir!
Mənbə:edu.gov.az
Müxbir:Aytac Cəfərova
Həmçinin baxhttps://www.bbc.com/azeri/azerbaijan-53814294
həmçinin baxhttps://turaz.org/baki-seheri-uzre-muzdlu-iscilerin-emekhaqqi-9598-manat-olub/
Son Xəbərlər
“Baytaq” və “Respublika” partiyaları növbədənkənar seçkilərdə iştirak edəcək
Qırğızıstan-Çin sərhədində zəlzələ müşahidə olunub
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ