Seyfəli poliqonunda döyüş sursatlarının növbəti utilizasiyası həyata keçiriləcək.
Bu barədə Turaz.org-a Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Döyüş sursatlarının utilizasiya prosesi 23.05.2022-ci il tarixdən 28.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
“Azərbaycan və İsrail İranın təhdidini bölüşür”- Eli Kohen
Alim Qasımov ABŞ-da konsert verib
Ceyhun Bayramov və Eli Kohen arasında görüş başlayıb