Oktyabr 24, 2021

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə Aya Sofyanı ziyarət edib.

Turaz.org xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, o, Türkiyə Dəyanət İşləri naziri Əli Ərbaş ilə Aya Sofyanı ziyarət edib və Türkiyə-Azərbaycan qardaşlığından bəhs edib.

“Türkiyə və Azərbaycan arasında olan bu qardaşlıq yeni bir tarix yazdı. İnşallah, bu tarix əbədi olacaq və yaşayacaq. Hər iki dövlət yaşayacaq, dünyada tanınacaq. İnşallah, Qarabağımız da azad ediləcək”, – A.Paşazadə bildirib.

Əli Ərbaş da Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutmasını və işğal siyasətini qınayıb.

Translate »