Fevral 3, 2023

Silahlı şəxs Kaliforniya dəmir yolundakı 8 nəfəri öldürdükdən sonra intihar edib

Hüquq-mühafizə orqanlarının əməkdaşları çərşənbə günü, əli silahlı şəxs ölməmişdən əvvəl Kaliforniya ştatının San Xose şəhərindəki dəmir yolundakı boşluq əraziyə atəş açarkən ən azı 8 nəfərin öldüyünü deyiblər.

Turaz.org xəbər verir ki, ABŞ mediası bildirib ki, Sam Kasidi kimi tanınan 57 yaşlı şübhəli Santa Klara Şəhər Nəqliyyat İdarəsinin əməkdaşıdır.

Atışma yerli vaxtla səhər saat 6:30 radələrində yüngül relsli operatorun dəmiryol ərazisində baş verib.

Qurbanların arasında Vankover Trafik Təşkilatının işçiləri də var. Kasidinin dəmiryol ərazisinə getmədən və atəş etməyə başlamazdan əvvəl evini yandırdığı düşünülür.

Yerli orqanlar ,eyni zamanda,dəmiryol ərazisindəki bir binaya partlayıcı qurğuların qoyula biləcəyi barədə də məlumat alıb.

San Fransisko yaxınlığında yerləşən SanXose şəhəri informasiya texnologiyaları firmaları üçün mərkəzdir.
Silah zorakılığı statistikasını tərtib edən bir qeyri-kommersiya təşkilatı olan Silah Zorakılığı Arxivinə görə, bu il ABŞ-da 230-dan çox silahlı qırğınlar baş verdi.

Mart ayında, Gorgiyada üç istirahət bölgəsində baş verən atışma nəticəsində altı Asiya əsilli qadın daxil olmaqla səkkiz nəfər, eyni ay ayrı bir hadisədə isə Koloradodakı bir supermarketdə baş verən atışmada 10 nəfər ölüb.

Tərcüməçi: Gülər Həşimova

Həmçinin bax: turaz.org/abs-ve-cin-ticaret-selahiyyetlileri-arasinda-gorus-olub/

Həmçinin bax: tehsilim.org/iraq-sefirliyinin-medniyyet-bolmesinin-birinici-katibi-elyazmalar-institutunda-olub/

Translate »