İyun 7, 2023

Şimal-Cənub və Cənub-Qərb dəhlizləri ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi artıb

Şimal-Cənub və Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizləri vasitəsi ilə tranzit rejimində Azərbaycan ərazisi ilə nəql edilən yüklərin həcmi Astara yük terminalında ümumi həcmdən 2020-ci ilin ilk 7 ayı ərzində 220 358 ton və ya 3799 vaqon təşkil etmişdir ki, bu da ötən ilin göstəricisindən daha çoxdur. 2019-cu ilin eyni dövrü əhatə edən tranzit daşımalara aid statistik göstəricilər müvafiq olaraq 160 537 ton yük və 2406 vaqon təşkil edib.

Hesabat dövründə Astara(İran) yük terminalında ümumən 5348 vaqonda 275 283 ton yük aşırılmışdır. Bunlardan 2114 vaqonda 132 736 ton yük Astaraya nəql edilmişdir. Astaradan isə 3234 vaqonda 142 547 ton yük daşınmışdır.

Astara terminalında yüklərin ortalama gündəlik daşınması 1529 ton və ya 30 vaqon təşkil edib ki, bu da ötən ilin göstəricilərindən 12,3 faiz çoxdur. Əsas yük növləri taxta və taxta məmulatları, dənli bitkilər, meyvə-tərəvəz, tikinti materialları və s.

2020-ci ilin yanvar-iyul aylarında Astara(İran) yük terminalından keçən ilin eyni dövrü ilə müqayisədə 30 faiz çox yük daşındı. 2019-cu ilin eyni dövrü ərzində Astara (İran) yük terminalında 3124 vaqonda 194 265 ton yük keçib.

Şimal-Cənub marşrutu ilə yük daşımalarının həcminə görə lider olan ölkələr isə Rusiya və İran olub.

Onu da qeyd edək ki, iyun ayının əvvəlindən, Gürcüstan dəmir yolları İrandan Gürcüstan istiqamətinə daşınan yüklərin qəbuluna birtərəfli qaydada qadağa qoyduğundan, Cənub-Qərb dəhlizi ilə yükdaşımalar faktiki olaraq dayandırılıb. Bu marşrutla orta hesabla ayda 10 min tona yaxın yük daşınırdı və bu yüklər hazırda nəql edilmir. Əks halda Astara terminaldında aşırılan yüklərin ümumi həcmi daha da artıq ola bilərdi.

Xatırladırıq ki, Astara yük terminalında yüklərin aşırılması üzrə operator “Azərbaycan Dəmir Yolları” QSC-nın törəmə şirkəti olan “ADY Express” MMC-dir.

Mənbə:adyexpress.az

Müxbir:TurAz.org xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax : https://azertag.az/xeber/Naxchivan_toponiminin_etnotarixi_efsaneler_qeder_qedimdir_kitabi_uch_dilde_chapdan_chixib-1569489

https://turaz.org/ilham-eliyev-mdbmi-nin-rektoru-olmaq-boyuk-missiyadir/

Translate »