Kubada olan “Laura” tropik fırtınası çərşənbə günü Texas və Luiziana ştatlarının sahillərinə çatacaq və qasırğaya çevriləcək.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu proqnozu ABŞ Qasırğaları Müşahidə Milli Mərkəzi təqdim edib. Cümə gününədək Texas və Luiziananın sahil rayonlarında tufan olacağı, leysan yağacağı gözlənilir. Daşqın təhlükəsi də var.
“Laura” tropik fırtınasının küləyinin sürəti hüdudlarda 26,8 metr/saniyədir. Sürət artır. Fırtına şimal-qərbə doğru irəliləyir.
Atlantik okeanda qasırğa mövsümü iyundan noyabradək davam edir.
Mənbə:azertag.az
Müxbir:turaz.org xüsusi müxbiri Aytac Cəfərova
Həmçinin bax:https://kafkazh.com/her-boyuk-felsefenin-meydan-oxumasi/
Son Xəbərlər
Sədir Cəfərov: Qırğızıstan qardaş Özbəkistanla əməkdaşlığın inkişafına xüsusi önəm verir
Qazaxıstan Prezidenti Astana meri Qasımbəylə görüşüb
Füzulidə silah-sursat aşkar edilib