Dövlət başçısı çıxışında Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsinin səbəbini izah edib.
Turaz.org xəbər verir ki, xalqa müraciətində Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev bildirib:
“Mən bu ilin payızında növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edirəm. Ədalətli Qazaxıstanın yaradılması yolunda hərtərəfli islahatların uğurla həyata keçirilməsi üçün xalqın yeni etimad mandatı lazımdır. Mənim üçün dövlətin maraqları hər şeydən üstündür. Ona görə də mən səlahiyyət müddətimi qısaltmağa və növbədənkənar prezident seçkilərinə getməyə hazıram. Prezidentlik müddətinin 7 ilə məhdudlaşdırılmasını tövsiyə edirəm. Amma təkrar seçkilər qadağan olunacaq”, – deyə Tokayev vurğulayıb.
Qeyd edək ki, payızda Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Son Xəbərlər
Sədir Cəfərov: Qırğızıstan qardaş Özbəkistanla əməkdaşlığın inkişafına xüsusi önəm verir
Qazaxıstan Prezidenti Astana meri Qasımbəylə görüşüb
Füzulidə silah-sursat aşkar edilib