Siyəzən C.Cabbarlı adına 1 nömrəli orta məktəbin 7c sinif şagirdləri Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş Nicat Xələfovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları öncə şəhid Nicat Xələfovun məzarını ziyarət ediblər.
Sonra tədbir orta məktəbdə davam etdirilib. Tədbir başlamazdan öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu yad olunub. Sinif rəhbəri Bayramova Xalidə oz çıxışında deyib: Xalqımızın tarixində qəhrəmanlıq salnaməsi çox olub. Azərbaycan qədim tarixi ilə dünyanın tanınan coğrafi məkanı, zəngin mənəvi irsi olan dövlətdir. 44 günlük Vətən Müharibəsində qazandığımız zəfər də bu tarixin səhifələrinə daha bir şanlı tarix yazmaqdır. Vətən müharibəsi Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi. Lider, Ordu, xalqın bu birlik dəmir yumruq olub, düşməni məğlub elədi. Dünya da şahid oldu ki, Azərbaycan Ordusu ən modern ordularından biri, Azərbaycan xalqı dünyanın ən döyüşkən və cəsur xalqıdır.
Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımızı işğaldan qurtarıb, azadlığına qovuşdurdu. Bu savaşda torpaqlarımızın azadlığı üçün canlarını fəda etmiş bütün oğullarımızı rəhmətlə yad edirəm. Allah rəhmət etsin bütün şəhidlərimizə!
Bu gün Azərbaycan xalqının qürur hissi keçirməyə, başını dik tutmağa tam mənəvi haqqı var. Bu qürur gözlərini qırpmadan savaşa atılıb, canlarından keçən, Vətən müharibəsində misilsiz şücaət göstərən Vətən övladlarının sayəsində baş verib.
Xatirəsini yad etməyə yığışdığımız şəhidlərimiz də bu xalqın qürur yeri və gələcək nəsillərə ən gözəl örnəkdir. Bu xalq, bu dövlət var olduqca şəhidlərimiz də bizimlə yaşayacaq, xatirələri hər zaman əziz olacaq.
Sinifdə Aysu Əhmədovanin hazirladığı Nicat Xələfovun həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.
Şuşa şəhərinin erməni işğalından azad olunması ilə bağlı keçirilən əməliyyatlarda şəhid olan Nicat Xələfovun həyat yolundan danışan sinif şagirdləri bildirib ki, Nicat Xələfovun döyüş yolu Tovuz rayonunun Ağdam kəndindən başlayıb: “Şəhidimiz “Qrad” komandiri idi. Nicat ən dəqiq və iti atıcılığı ilə seçilirdi.
2020-ci ilin 20 sentyabrında 44 günlük Vətən müharibəsi başlayarkən Nicatın döyüş yolu Qarabağdan keçir. Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut, Zəngilan rayonlarının və Laçın rayonun bir neçə kəndinin erməni işğalından azad edilməsində iştirak edir.
Nicat Xələfov Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə xüsusi şücaət və qəhrəmanlıqlar göstərib. Bu şücaətlərinə görə fəxri fərmanla təltif olunub”.
Daha sonra çıxış edən sinif şagirdi İsgəndərova Nərmin qeyd edib ki, 2020-ci ilin 27 sentyabrında 44 günlük Vətən müharibəsi başlayarkən Nicatın döyüş yolu Qarabağdan keçir: “Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut, Zəngilan rayonlarının və Laçın rayonun bir neçə kəndinin erməni işğalından azad edilməsində iştirak edir.
Nicat Xələfov Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə xüsusi şücaət və qəhrəmanlıqlar göstərib. Bu şücaətlərinə görə fəxri fərmanla təltif olunub.
Qəhrəmanov Nurlan çıxışa davam edərək söyləyib ki, Nicat Şuşada döyüşən yeganə “Qrad” komandiri idi. Şuşanın azad olunması üçün xüsusi hərbi əməliyyat seçildiyi üçün şəhər uğrunda gedən döyüşlərdə az sayda hərbi artileriya texnikası cəlb olunmuşdu. Şuşanın azad olunması üçün başladılan hərbi əməliyyata 3 nəfər könüllü “Qrad” komandiri seçilir. Bu 3 nəfərdən biri də Nicat idi. Hərbi əməliyyat üçün yola çıxdıqdan az sonra hərbi maşınlardan birinin üzərinə ermənilərin atdığı mərmi düşür və maşın partlayır. İkinci “Qrad” maşını Daşaltı kəndi yaxınlığında çətin dağ yolunu keçməyə çalışsa da, aşır. Nicat və əsgər yoldaşları bütün çətin yollardan keçərək, “Qrad” qurğusu olan maşını Şuşa yaxınlığına çatdırırlar”.
Çıxış edən sinif şagirdi Həmidov Nadir bildirib ki, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Nicat Xələfovun nəşi Bayraq günündə, noyabrın 9-da doğulduğu Siyəzən şəhərində gətirilir və 10 noyabrda – Zəfər günündə canından çox sevdiyi dogma Vətən torpağına qovuşur:
“Nicat Xələfov subay idi. Ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamları ilə şəhidimiz Nicat Xələfov “3-cü dərəcəli Rəşadət ordeni”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Döyüş yoldaşları danışır ki, Nicat düşmənin diqqətini yayındırmaq üçün fərqli hərbi taktika seçir. Düşmən onların tək bir “Qrad” qurğusundan istifadə etdiyini anlamasın deyə, Nicat həm Xankəndi şəhəri yaxınlığında, həm də Şuşa ətrafındakı düşmən mövqelərini atəşə tutur.
Nicat Şuşanın azad olunduğu gün – 8 noyabrda şəhərin azad olunması uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur”.
Sonra sinif şagirdləri Şuşanın azad olunması barədə hazırladıqları kompozisiya göstərilib.
Tədbir iştirakçıları Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan oğullarımızı unutmayacaqlarını bildirib, həyat yolunda onların mübarizəsindən və qəhrəmanlıqlarından örnək alacaqlarını bildiriblər.
Tədbir Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri ilə yekunlaşıb:
Bakıda, Dövlət Bayrağı Meydanında Azərbaycanın 100 yaşlı üçrəngli bayrağı dalğalanır; ən ucalıqda, dünya miqyasında bənzərsiz ucalıqda. Səkkizbucaqlı, ulduzlu hilalımız 20 ildən çoxdur ən mötəbər beynəlxalq qurumların qarşısında bütün dövlətlərin bayraqları ilə bir sıradadır. Bayrağımızın yaranmasının və ilk dəfə dalğalanmasının 100-cü payızıdır. Millətimiz 100 il öncə başı üzərinə qaldırdığı üçrəngli bayrağının bir daha enməməsi üçün ağır sınaqlarla üzləşdi – qalib gəldi.
Azərbaycanın hər bir yerində dalğalanan bayraqlar sanki durna qatarı kimi sıralanaraq Qarabağa, Şuşaya, işğaldan azad olan digər torpaqlara sarı qanadlanır və bizi “Biz qayıtdıq” deyə haraylayır!
Şuşa bizimdir…
Qarabağ Azərbaycandır!
Hakan Dikmen
Son Xəbərlər
Havanın çirklənməsi xroniki öskürək yarada bilər
ABF-nin 7 üzvü Xorvatiyaya yola düşüb
İsmayıllıda zəlzələ oldu