Oktyabr 4, 2022

Siyəzəndə qanunsuz ov edən şəxs saxlanılıb

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Zarat kəndi ərazisində qanunsuz ov edən Şərif Şərifzadə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, ondan bir ədəd “Ata arms” markalı ov tüfəngi və5 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Siyəzən RPŞ-də araşdırma aparılır.

Müxbir: Əhmədli Lamiyə

Həmçinin bax: turaz.org/avropadan-deport-olunan-azerbaycanli-urektutmasindan-olub/

Həmçinin bax: tehsilim.org/azerbaycan-ile-turkiye-arasinda-pese-tehsili-sahesinde-emekdasliga-dair-protokol-imzalanib/

Translate »