Sentyabr 25, 2022

“Sizi idmanda görək”

Zərdab Rayon Gənclər və İdman İdarəsi İdman bacarıqlarının inkişaf etdirilməsi və üzə çıxarılması məqsədi ilə, “Sizi idmanda görək” adlı açıq onlayn video müsabiqəyə start verilir.

Müsabiqəyə qoşulmaq üçün xüsusi idman bacarığınızı nümayiş etdirən hərəkətləri telefonla çəkib (qısa, Tik-tokdakı kimi) bizə təqdim edə bilərsiniz.
Müsabiqədə iştirak etmək üçün yaş həddi yoxdur.

Vidonu təqdim edən iştirakçı özü haqqında qısa məlumat yazmalı. ( Soyadı, adı, atasının adı, və şəxsi əlaqə nömrəsi)
Bir iştirakçı yalnız bir video təqdim edə bilər.
Müsabiqəyə təqdim edilən videolarda karantin qaydalarını pozan görüntü əks etdirməməlidir.
Videoların qəbulu 15 sentyabr 2020-ci il saat 16:00-dək davam edəcək

Müsabiqəyə təqdim olunmuş videolardan təşkilat komitəsi tərəfindən sadə səs çoxluğu ilə ən azı 10 video seçilərək Zərdab rayon Gənclər və İdman idarəsinin facebook sosial şəbəkəsində olan hesabında paylaşılacaq.
16 sentyabr 2020-ci il tarixdən – 20 sentyabr 2020-ci il tarixi saat 16:00-dək ən çox bəyənmə sayı olan vidonun müəllifləri müvafiq olaraq I,II,III yerləri bölüşəcəklər.
Qaliblər Zərdab rayon Gənclər və İdman idarəsinin diplom və xatirə hədiyyələri ilə mükafatlandırılacaq.

Müxbir: turaz.org xüsusi müxbir Jalə Hüseynova

Mənbə: mys.gov.az
Həmçinin bax:https://kafkazh.com/sahmatcimiz-beynelxalq-festivali-qelebe-ile-basa-vurub/

https://kafkazh.com/amea-nin-muxbir-uzvu-sahbaz-muradovun-80-yasi-tamam-olur/

Translate »