Oktyabr 23, 2021

“Şkendiya”nın kapitanı: Rəqibimiz yetərincə güclüdür

Bu oyuna kifayət qədər yaxşı hazırlaşmışıq. Rəqibimiz yetərincə güclüdür. Amma biz daha güclüyük. Komanda şəklində oyun sərgiləyərək, mərhələ keçməyə çalışacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şimali Makedoniyanın “Şkendiya” komandasının kapitanı Eqzon Beytulay “Sumqayıt”la keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunundan öncə mətbuat konfransında deyib.
26 yaşlı kapitan bildirib ki, avrokubok təcrübəsindən əlavə, hazırlıq səviyyələri onlara mərhələ adlamaqda yardımçı ola bilər. “Sumqayıt”ın evdə oynamasının üstünlük olduğunu deməklə nəyi nəzərdə tutduğunuzu bilmirəm. Oyun 90 dəqiqədir və hamının imkanları bərabərdir. Hazırlıq səviyyəmiz və avrokubok təcrübəmizi üstünlüyümüz sayırıq”, – deyə o bildirib.
Qeyd edək ki, avqustun 27-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” – “Şkendiya” matçı saat 20:00-da başlanacaq.

Müxbir:turaz.org xüsusi müxbir Aytac Cəfərova
Mənbə:azertag.az
Həmçinin bax:https://azertag.az/xeber/_quotSkendiya_quotnin_kapitani_Reqibimiz_yeterince_gucludur-1570289

https://kafkazh.com/butov-azerbaycan-mubarizesi/

Translate »