Fevral 2, 2023

Smartfonlar necə və niyə partlayır?- ARAŞDIRMA

Turaz.org smartfonların partlaması ilə bağlı araşdırmanı təqdim edir.

Mütəxəssislər son illərdə smartfonların daha tez-tez partlamağa başladığı açıqlayıblar. Onların fikrincə, belə halların artması cihazların dizaynında dəyişikliklər, onların miniatürləşdirilməsi və onlara daha çox texniki yenilikləri əlavə edilməsi ilə bağlıdır.

Belə olduqda həm Çin istehsalçılarının cihazlarının istifadəçiləri, həm də iPhone həvəskarları təhlükə altında ola bilərlər.

Sosial şəbəkələrdə smartfonların sahiblərinin əlində və ya onların yanında partlaması ilə bağlı xəbərləri müntəzəm olaraq görürük. Nəticədə xəsarət alan insanlar xəstəxanalara düşür, bu bəzən hətta cihaz sahiblərinin ölümünə səbəb olur.

Məsələn, Hindistanda Redmi 6A smartfonunun partlaması nəticəsində öldüyü iddia edilən qadın hadisə zamanı sadəcə yataqda yatıb. Telefon mərhumun üzünün yanında uzanıb.

Oxşar vəziyyət Çində də yaşanıb . Redmi Note 11T Pro smartfonu parlayayıb. Hadisə zamanı sahibi xəsarət almayıb, lakin smartfonu tamamilə yarasız hala düşüb. Nəticəsində korpusun çox hissəsi yanıb, displey isə qırılıb.

Başqa bir halda isə smartfon WhatsApp messencerindən istifadə edərkən yanıb . Hadisənin səbəbi müəyyən edilməyib. Bu halda smartfon şarja qoşulmayıb.

Ən böyük yanğın və partlayış riski yuxu zamanı smartfonun istifadəçinin yanında qaldığı anlarla bağlıdır. Bir çox smartfon sahibləri cihazlarını bir gecədə doldurmaq üçün enerjiyə qoşur. Bu da riski daha da artırır.

“Android Authority “portalının sorğusuna əsasən , smartfon istifadəçilərinin yarıdan çoxu yuxu zamanı onu yataqda öz yanlarına qoyurlar. Sorğuda iştirak edənlərin təxminən 46%-i yataqda həmişə smartfonları ilə yatdıqlarını bildiriblər. Respondentlərin daha 10%-i bəzən yastığın yanında qalan smartfonla yuxuya getdiklərini etiraf ediblər.

Bəs smartfonların partlamasına səbəb nədir?

Artezio veb-texnologiyalarının inkişafı üzrə direktoru Sergey Matuseviç “Gazeta.ru”ya bildirib ki, hər bir smartfon partlayışı hadisəsi cihaz istehsalçılarını ciddi reputasiya itkilərinə səbəb olur.

“Statistikaya görə, ABŞ -da ildə 300-ə qədər müxtəlif cihazların yanması faktı qeydə alınır , halbuki bu statistikada smartfonların payı 30%-dən çox deyil. Ən tez alışan enerji doldurucular və portativ akkumulyatorlardır”.

Əvvəllər smartfon partlayışları prestijli brendlərin flaqman modellərində deyil, daha çox bahalı Çin brendlərində baş verirdi. Lakin sonra hər şey dəyişdi. B&C Agentliyinin mütəxəssisi, ekspert Samoilenko bu barədə deyir:

“Əvvəllər tez-tez Samsung, Galaxy Note 7 cihazlarında rast gəlinən yanğınlar və ya partlayışlar daha sonra Blackberry, Sony avadanlıqlarında da baş verdi. Ən sonda isə Xiaomi və Apple’ da eyni problemlə üzləşdi.
Buna baxmayaraq, ilk növbədə belə bir təhlükə daha çox tez qızan,keyfiyyətsiz batareyaları olan köhnə telefonlarda yaranır”.

Mütəxəssislərin fikrincə, əgər cihaz alovlanırsa və ya partlayırsa, əksər hallarda onu bərpa etmək mümkün olmur. Batareyanın partlaması mikrosxemi məhv edir, ekrana və ya prosessora zərər dəyir. Bir qayda olaraq, partlayışdan sonra qurğular bərpa olunmur. Müasir smartfonlar dizayn baxımından çox yığcamdır, ona görə də 100°C-dən yuxarı qızması onların hissələrin deqradasiyasına və sıradan çıxmasına səbəb ola bilər.

Cihazı orijinal olmayan şarj cihazı ilə doldursanız da həddən artıq qıza və partlaya bilər. Əksər müasir smartfonlarda istilik monitorinqi sistemi quraşdırılıb və cihazı sərinlətmək üçün sönür.

Dəb və istehlakçı tələbi naminə smartfonlarını mümkün qədər nazik etməyə çalışan istehsalçılar tez-tez akkumulyatorun qabığını daha incələşdirirlər. Beləcə cihazda quraşdırılmış litium batareyanın mühafizəsi getdikcə nazikləşir və bu, batareyanın həddindən artıq qızması zamanı yanmasına səbəb olur. Əvvəllər litium batareyaları olan sensor ekranlı smartfonlar ortaya çıxmazdan əvvəl mobil telefonlarda bu problem yox idi. Eyni zamanda, batareyanın özü daha möhkəm idi.

Artezio-nun veb-texnologiyaların inkişafı üzrə direktoru Sergey Matuseviç hesab edir ki, smartfonların partlayış və yanğınını müəyyən bir brendə bağlamaq mümkün deyil: “Smartfonlar istehsal edən brendlər onun bütün hissələrini buraxmırlar. Batareyaların hər hansı bir hissəsi qüsurlu olarsa, onların quraşdırılacağı bütün qurğular zərər görəcək. İlk növbədə, yaradıcıları dizayn səhvlərinə yol verən və ya nasaz batareyalardan istifadə edən qurğular partlayır”.

Onun sözlərinə görə, batareya çox tez və güclü qızarsa, xidmət mərkəzinə müraciət etmək lazımdır. Potensial partlayıcı smartfonu istifadə zamanı vaxtaşırı çox istiləşməsindən tanımaq mümkündür:
“Şarj zamanı smartfon çox qızmırsa, bu normaldır. Əlinizdə isti saxlayırsınızsa, ən yaxşısı onu ustaya göstərmək və ya zəmanət üçün müraciət etməkdir . Batareya şişibsə, təcili ustaya aparılmalıdır”.

Hər bir halda mütəxəssislər, gələcəkdə partlama riskini minimuma endirmək üçün güclü və orijinal şarj cihazlarından istifadə etməyi məsləhət görürlər.

Translate »