İyun 8, 2023

Soçidə Zəngəzur dəhlizi müzakirə olunub

“Soçidə keçirilən üçtərəfli görüşdə bölgədə nəqliyyat-kommunikasiya xəttlərinin açılması müzakirə olunub”.

 

Turaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.

 

Onun sözlərinə görə, bu istiqamətdə işlər 3 ölkənin baş nazir müavinlərinin həmsədrlik etdiyi işçi qrup səviyyəsində davam etdiriləcək.

 

Qeyd edək ki, oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub. Liderlər müzakirələrin sonunda bəyanat imzalayıblar.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: https://turaz.org/ilham-eliyev-gelen-ilin-martinda-qosulmama-herekatinin-sammitini-kecirmeyi-planlasdiririq/

Translate »