Fevral 3, 2023

SON DƏQİQƏ – Rusiya ilk dəfə Ukraynada fosfor bombasından istifadə edib

 

Rusiya ordusu ilk dəfə olaraq Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunun üzərinə fosfor və ya yandırıcı bombalar atıblar.

Turaz.org xəbər verir ki, bunu şəhər merinin müşaviri Petr Andryuşenko deyib.

“Mariupol, “Azovstal”. Yenə – göydən, dənizdən, yerdən. Dünən Rusiya hərbçiləri ilk dəfə olaraq Mariupolun müdafiəçilərinə qarşı yandırıcı və ya fosfor bombalarından istifadə ediblər”-deyə, Andryuşenko bildirib.

Müxbir: Əzizə Əlizadə

Translate »