Oktyabr 21, 2021

Son sutkada koronavirus əleyhinə 50 mindən çox vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 54 455 vaksin vurulub.

Turaz.org xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 046, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 409 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 045 471, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 617 203, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 428 268 təşkil edir.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: turaz.org/azerbaycanda-daha-3-968-nefer-koronavirusa-yoluxub-21-nefer-olub/

Translate »