Dekabr 9, 2022

Son üç ayda aşkarlanan minaların sayı açıqlanıb

“Müdafiə Nazirliyi tərəfindən bu ilin avqust-oktyabr ayları ərzində Laçın, Kəlbəcər rayonlarında, Daşkəsən rayonunun ərazisində, Tərtər və rayonun Suqovuşan istiqamətində yeni basdırılması ehtimal edilən 9 000-ə yaxın piyada, 2 500-ə yaxın isə tank əleyhinə minalar aşkarlanaraq zərərsizləşdirilib”.

 

Turaz.org-un xəbərinə görə, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib.

 

O bildirib ki, 34 mülki Azərbaycan vətəndaşı minaların qurbanı olub: “Həmin minalar Ermənistan tərəfindən məqsədli şəkildə basdırılıb”.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: https://turaz.org/kiyevde-daha-iki-partlayis-toredilib/

Translate »