Oktyabr 3, 2022
özbəkistan prezidenti

Şövkət Mirziyayev – “Özbəkistan daha qaz və pambıq ixrac etməyəcək.”

Növbədənkənar sessiyada Daşkənddə yerli sakinlərlə görüşən ölkə rəhbəri ixrac sahəsindəki qazanılan nailiyyətlərdən söhbət açıb.

Turaz.org üçün verilən məlumata  görə, “Mən şəxsən bu il necə ton pambıq yığıldığını bilmirəm. Biz kvota sistemini ləğv etdik, əgər fermerlər və klasterlər bunda maraqlıdırsa, onlar pambıq yetişdirməyə davam edə bilərlər. Digər halda heç kim onları məcbur etməyəcək. Əvvəllər müəllimlər, həkimlər və digər ziyalılar pambıq tarlalarında 3-4 ay pambıq yığmalı olurdu.”- deyə prezident bildirib.
Onun sözlərinə görə, bu yaxınlarda əsas ticarət tərəfdaşlarından birindən özbək pambığının alınması ilə bağlı müraciət olub.
“Mən dedim ki, “ixrac üçün pambıq yoxdur, biz onu tam emal edirik”. O mənə elə də inanmadı, çunki keçmişdə əsas ixrac məhsullarımız pambıq və qaz idi.İndi biz nə pambıq, nə də ki qaz ixrac edirik. Bəzən biz qazı xaricdən alırıq. Buna səbəb sənayemizin inkişaf etməsidir. Hətta əgər bu iki əsas məhsul xaricdə satılmasaydı, ixrac həcmimiz 2016 ilə müqayisədə 5-6 dəfə arta bilərdi.” -deyə Şövkət Mirziyayev iclas zamanı bildirib.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi:Nigar Yusubova

Translate »