Yanvar 29, 2022

Şövkət Mirziyoyev 182 məhkumu bağışlayıb

Konstitusiyanın qəbulunun 29-cu ildönümü ilə əlaqədar Özbəkistan prezidenti bir qrup şəxsin əfv edilməsi haqqında fərman imzalayıb.

Turaz.org xəbər verir ki, bu barədə dövlət başçısının bayram təbrikində deyilir.

“Xalqımıza xas olan mərhəmət, alicənablıq, nəciblik kimi keyfiyyətlərə uyğun olaraq bilmədən cinayət törətmiş, əməlindən ürəkdən peşman olmuş, islah yoluna möhkəm qədəm qoymuş şəxslərə münasibətdə əfv əməli daim tətbiq edilir. Bu işin məntiqi davamı olaraq, Konstitusiya Günü ərəfəsində daha bir sərəncam imzaladım ki, ona görə də bu kateqoriyadan olan 182 nəfər vaxtından əvvəl azad edilərək normal həyata qayıda biləcəklər”, – deyə prezident vurğulayıb.

O da məlum olub ki, bu il 4000-dən çox şəxs məhkəmə zalından azadlığa buraxılıb, 8000-ə yaxın vətəndaşa qarşı əsassız olaraq təqdim olunan maddələrlə ittiham ləğv edilib, 859 nəfərə bəraət verilib.

“Bütün bunlar bizim məhkəmə və istintaq sahəsində apardığımız islahatların ən mühüm nəticəsidir”, – deyə Mirziyoyev vurğulayıb.

Hazırda koloniyalarda cəza çəkənlərin demək olar ki, 80%-i əməyə cəlb olunur, lakin bu iş illəri ümumi əmək stajına əlavə edilmir və pensiya hesablanarkən nəzərə alınmır.

“Sosial ədalət prinsipinə cavab verməyən bu məhdudiyyətin ləğvi maliyyə ehtiyacı ucbatından cinayətlərin yenidən açılmasının qarşısını alacaq”, – deyə dövlət başçısı bildirib.

Cəzasını çəkmiş şəxslərin cəmiyyətdə öz yerini tapmasına köməklik göstərmək məqsədilə “İlkin tibbi yardım paketi” sistemi də tətbiq olunacaq. O cümlədən, konkret biznes layihəsi təqdim etmiş və öz biznesini qurmaq istəyən belə şəxslərə Probasiya Xidmətinin İnkişafı Fondundan 10 milyon manatadək məbləğdə birdəfəlik maliyyə yardımı veriləcək.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/qirgizistan-ve-qazaxistan-senaye-ticareti-ve-logistika-kompleksi-yaratmagi-planlasdirir
Həmçinin bax: kafkazh.com/derman-bitkileri

Translate »