Oktyabr 24, 2021

Şövkət Mirziyoyev bir qrup sahibkara minnətdarlığını bildirib

Özbəkistan Prezidenti Şövkət Mirziyoyev bir neçə sahibkara minnətdarlığını bildirib.

Turaz.org xəbər verir ki, Prezident Şövkət Mirziyoyev, ölkədə işgüzar mühitin inkişafına layiqli töhfə verən bir qrup sahibkara təşəkkürünü bildirən sərəncam imzalayıb.

Dövlət başçısı bir sıra sahibkarlara ölkənin iqtisadiyyatının inkişafına və çiçəklənməsinə, işgüzar mühitin yaxşılaşdırılmasına, respublikanın ixrac potensialının artırılmasına, yeni iş yerlərinin açılmasına, büdcə sabitliyinin təmin olunmasına və əhaliyə dəstək üçün sosial təminata layiqli töhfə verdiklərinə görə təşəkkürünü bildirib.

Bunların arasında “ən çox iş yeri yaradan sahibkarlar”, “ən yaxşı vergi ödəyicisi” və “ən yaxşı ixracatçı” var.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/kokand-belediyye-bascisinin-birinci-muavini-hebs-edilib
Həmçinin bax: kafkazh.com/vertigo-nedir

Translate »