İyun 9, 2023

Şövkət Mirziyoyev Fransaya rəsmi səfər edib 

Prezident Emmanuel Makronun dəvəti ilə Özbəkistan Prezidenti Şövkət Mirziyoyev noyabrın 21-də rəsmi səfər çərçivəsində Fransaya gedib.

 

Turaz.org bildirir ki, səfər proqramına əsasən, Parisin Yelisey sarayında yüksək səviyyəli danışıqların və Fransa Milli Assambleyasında görüşün keçirilməsi nəzərdə tutulub. Görüşlərdə əsas istiqamətlər üzrə çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə dair cari məsələlərə baxılacaq. Özbəkistan prezidenti Fransanın aparıcı şirkətlərinin nümayəndələri ilə də görüş keçirəcək. Səfər çərçivəsində Mirziyoyevin Luvr Muzeyinə və Ərəb Dünyası İnstitutuna baş çəkəcəyi, burada özbək xalqının zəngin mədəniyyətini və tarixini əks etdirən sərgilərin təşkil olunacağı gözlənilir.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Günay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/tacikistan-prezidenti-qasim-comerd-tokayevi-tebrik-edib/

Translate »