Mart 29, 2023

Şövkət Mirziyoyev Fransaya səfərini başa vuraraq Daşkəndə qayıdıb

Özbəkistan prezidenti Şövkət Mirziyoyevin Fransaya iki günlük rəsmi səfəri başa çatıb.

 

Turaz.org bildirir ki, Özbəkistan Prezidenti ilə Fransa İnkişaf Agentliyinin baş direktoru və Fransanın işgüzar dairələri, eləcə də Fransa Milli Assambleyasının sədri arasında görüş keçirilib. Özbəkistan və Fransa prezidentləri Yelisey sarayında danışıqlar aparıb, Luvr Muzeyində və Ərəb Dünyası İnstitutunda Özbəkistanın mədəni irsinə dair genişmiqyaslı sərgilərlə tanış olublar.

 

Danışıqların yekununda dövlət başçıları yüksək səviyyəli hərtərəfli tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə birgə bəyanat qəbul ediblər. Ümumilikdə Özbəkistan-Fransa əlaqələrinin daha da genişləndirilməsinə yönəlmiş 14 saziş imzalanıb. Onların arasında 2023-2025-ci illər üçün əməkdaşlıq proqramının həyata keçirilməsi üçün Fransa İnkişaf Agentliyi ilə strateji tərəfdaşlıq haqqında saziş və 2023-2024-cü illər üçün xarici işlər nazirlikləri arasında əməkdaşlıq proqramı var. Bununla yanaşı, mədəni-tarixi irs, məktəbəqədər təhsil, orta və ali təhsil, dövlət qulluğunun inkişafı sahəsində əməkdaşlığa dair bəyannamələr imzalanıb.

 

Tərəflər mülki aviasiya, korrupsiyaya qarşı mübarizə, hakimlərin ixtisasının artırılması və digər sahələr üzrə sənədlər imzalayıblar. Ümumi dəyəri 6 milyard avrodan çox olan ticarət-iqtisadi, investisiya və maliyyə əməkdaşlığının prioritet layihələrinin həyata keçirilməsinə dair ikitərəfli razılaşmalar əldə olunub. Səfərdən sonra hörmətli qonağı hava limanına Fransa hökumətinin rəsmi şəxsləri müşayiət edib. Noyabrın 23-də səhər tezdən prezident Şövkət Mirziyoyev Fransaya iki günlük rəsmi səfərini başa vurduqdan sonra Daşkəndə qayıdıb.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Günay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/qirgizistan-sozcusu-turkiye-parlamentinin-fealiyyeti-ile-tanis-olur/

Translate »