İyun 4, 2023

Şövkət Mirziyoyev gələn həftə Fransaya səfər edəcək

Özbəkistan prezidenti Şavkat Mirziyoyev prezident Emmanuel Makronun dəvəti ilə noyabrın 21-22-də Fransada rəsmi səfərdə olacaq.

 

Turaz.org xəbər verir ki, prezidentin sözçüsü Şerzod Əsədovun sözlərinə görə, səfər proqramına Parisdə yüksək səviyyəli ikitərəfli danışıqlar, Fransa parlamentinin alt məclisi olan Milli Assambleyada görüş, Fransanın aparıcı şirkət və banklarının rəhbərlərinin iştirakı ilə işgüzar tədbirlər daxildir.

Konstruktiv siyasi dialoqun daha da inkişaf etdirilməsi, çoxtərəfli əməkdaşlığın genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində investisiya layihələrinin həyata keçirilməsi, fəal humanitar və təhsil mübadilələrinin davam etdirilməsi gündəmdədir.

Sammitin yekunları üzrə ondan çox mühüm ikitərəfli sənədin, eləcə də bir sıra investisiya və ticarət sazişlərinin qəbulu planlaşdırılır.

Qeyd edək ki, səfər günlərində Fransanın paytaxtında dünyaca məşhur Luvr muzeyində və nüfuzlu Ərəb Dünyası İnstitutunda Özbəkistanın zəngin mədəni-tarixi irsinə həsr olunmuş unikal sərgilər açılacaq.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: İlknur Yusifova

Həmçinin bax: https://turaz.org/mn-agdam-ve-xocalida-qanunsuz-ermeni-silahli-birlesmelerinin-fealiyyetlerinin-qarsisi-alinib/

Translate »