Yanvar 26, 2022

Şövkət Mirziyoyev hidroenergetika layihələri ilə tanış olub

Özbəkistan 2026-cı ilə qədər 21 böyük SES və yeni mini su elektrik stansiyası tikməyi planlaşdırır.

Turaz.org xəbər verir ki, təqdimat zamanı verilən məlumata əsasən, Özbəkistan 2021-ci ildə 7 170 MVt, 2023-2024-cü illərdə 12150 MVt, 2025-2026-cı illərdə 2420 MVt layihə həyata keçirəcək.

Prezident məsul orqanlara bu obyektlərin tikintisi və təmirinin keyfiyyətini təmin etməyi tapşırıb.

Şövkət Mirziyoyev hazırda Özbəkistanın hidroenergetika potensialının yalnız 50%-nin istifadə olunması faktını tənqid edib. O, bənd tələb etməyən kiçik su elektrik stansiyalarının tikintisinin vacibliyini vurğulayaraq, özəl sektorun da cəlb olunmasının vacibliyini qeyd edib.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/qatar-airways-sirketi-2022-ci-il-yanvarin-17-den-ozbekistana-ucuslara-baslayacaq
Həmçinin bax: kafkazh.com/beynelxalq-munasibetlerde-asiya-perspektivlerinin-esasilari

Translate »