Dekabr 9, 2022
Macaristan Özbəkistan

Şövkət Mirziyoyev Macarıstana səfər edəcək

 

Macarıstanın dəvəti ilə Özbəkistan Prezidenti Şövkət Mirziyoyev oktyabr ayının 3-4-də Macarıstana rəsmi səfər edəcək.

Turaz.org prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşıdan gələn səfər ötən ilin mart ayında iki ölkə rəhbərlərinin Daşkənddə görüşü zamanı əldə etdikləri müqavilələrə uyğun olaraq cavab səfəridir.
Budapeştdə hazırlanan proqrama uyğun olaraq danışıqlar ən yüksək səviyyədə Macarıstan prezidenti Katalin Novak və Baş nazir Viktor Orban ilə birgə keçiriləcək.
Özbəkistan-Macarıstan zirvə görüşünün gündəliyinə çoxşaxəli strateji əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirilməsi və əsasən ticarət, iqtisadiyyat, investesiya, kənd təsərrüfatı, maliyyə, mədəni və humanitar sahələrdə çoxşaxəli əməkdaşlığın uzadılması ilə bağlı vacib məsələlər daxildir.
Qarşılıqlı ticarətin həcminin artırılmasına, əczaçılıq, aqrar-sənaye kompleksi, maşınqayırma, suya qənaət və digər sahələrdə sənaye əməkdaşlığının dərinləşdirilməsinə yönəlmiş birgə layihə və proqramların həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək.
Həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı əlaqələr də daxil olmaqla, beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparılcaq. Danışıqların yekununda birgə bəyanatın və ikitərəfli sazişlərin imzalanması planlaşdırılır.
Bundan əlavə, Mirziyoyevin Macarıstanda aparıcı şirkət və bank rəhbərləri ilə görüş keçirəcəyi də nəzərdə tutulur.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi:Nigar Yusubova

Translate »