Oktyabrın 7-də Özbəkistan Prezidenti Şövkət Mirziyoyev Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib.
Turaz.org bildirir ki, sammitdə Belarus Prezidenti Aleksandr Lukaşenko, Azərbaycan Prezidenti İlham Əliyev, Tacikistan Prezidenti Emoməli Rəhman, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev, Ermənistanın Baş naziri Nikol Paşinyan da iştirak edib.
Tədbirdə MDB Dövlət Başçıları Şurasının gələn həftə Astanada keçiriləcək növbəti iclasına hazırlıqla bağlı aktual məsələlər, eləcə də çoxtərəfli əməkdaşlıq və regional tərəfdaşlığın mühüm aspektləri müzakirə edilib. Ticarət-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya sahələrində sıx əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirilib. Bununla da dövlət başçısı Rusiyaya praktik səfərini başa vuraraq Daşkəndə qayıdıb.
Son Xəbərlər
Özbəkistan BMT-də Aral problemini qaldırıb
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq etdi
Qazaxıstanda keçirilən parlament seçkilərində səsvermə yekunlaşdı