Dekabrın 9-da Özbəkistan prezidenti Şövkət Mirziyoyev Qırğızıstana səfər edəcək.
Turaz.org xəbər verir ki, bu barədə Joqorku Keneşin beynəlxalq işlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin iclasında Qırğızıstan xarici işlər nazirinin müavini Aybək Artıkbayev məlumat verib. Səfər zamanı Mirziyoyev Qırğızıstan hakimiyyəti ilə bir sıra sənədlər imzalayacaq. O cümlədən, səfər çərçivəsində iki ölkə prezidentləri Əndican su anbarının birgə idarə edilməsinə dair sazişi ratifikasiya edən sənədləri mübadilə edəcəklər. Tərəflər həmçinin iki respublikanın vətəndaşları arasında sərhəd keçidinin sadələşdirilməsinə dair sənəd imzalayacaqlar. Bundan əlavə, dekabrın 9-da Bişkekdə Özbəkistanın müşahidəçi statusuna malik olduğu Aİİ sammiti keçiriləcək. Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin başçıları mövcud iqtisadi vəziyyəti, eləcə də Avrasiya məkanına inteqrasiyanın aktual məsələlərini müzakirə edəcəklər. Aİİ ölkələrinin liderləri ötən ilin yekunlarına yekun vuracaq və ittifaqın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaqlar.
Müxbir: Aytac Cəfərova
Tərcüməçi: Günay Xankişiyeva
Həmçinin bax: https://turaz.org/asqabadda-turkmen-amerika-biznes-forumu-oz-isine-baslayib/
Son Xəbərlər
“Baytaq” və “Respublika” partiyaları növbədənkənar seçkilərdə iştirak edəcək
Qırğızıstan-Çin sərhədində zəlzələ müşahidə olunub
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ