İyun 3, 2023

Şövkət Mirziyoyev Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovu qəbul edib

Özbəkistan prezidenti Sankt-Peterburqla əməkdaşlıq potensialından səmərəli istifadəsinin əhəmiyyətini qeyd edib.

Turaz.org xəbər verir ki, noyabrın 8-də Özbəkistan prezidenti Şövkət Mirziyoyev qubernator Aleksandr Beqlovun rəhbərlik etdiyi Sankt-Peterburqdan nümayəndə heyətini qarşılayıb. İki ölkənin regional səviyyədə praktiki əməkdaşlığın daha da genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Qarşılıqlı ticarətin artırılması üçün müasir ticarət, kommersiya və logistika infrastrukturunun yaradılmasına, aparıcı müəssisələrin sənaye kooperasiya layihələrinin dəstəklənməsinə və təşviqinə, mənzil-kommunal təsərrüfatı və şəhərsalma sahəsində əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirilir.

Aktiv mədəni-humanitar mübadilənin davam etdirilməsi dəstəkləndi.

Özbəkistanın vilayətləri ilə Sankt-Peterburq şəhəri arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün “yol xəritəsi”nin hazırlanması və qəbulu haqqında razılıq əldə olunub.

Müxbir:Aytac Cəfərova

Tərcüməçi: Nigar Yusubova

Həmçinin bax: https://turaz.org/turkmenistan-prezidenti-abs-dovlet-katibinin-komekcisi-donald-lu-ile-gorusub/

Translate »