Dekabr 9, 2021

Şövkət Mirziyoyev Türkiyəyə səfər edəcək

Özbəkistan prezidenti Şövkət Mirziyoyev Türk Şurasının İstanbulda keçiriləcək növbəti sammitində iştirak etmək üçün noyabrın 11-12-də Türkiyəyə səfər edəcək.

Turaz.org xəbər verir ki, Prezident mətbuat xidmətindən verilən məlumata görə, qarşıdan gələn yüksək səviyyəli görüş ticarət, investisiya, yaşıl iqtisadiyyat, dijital texnologiyaları, nəqliyyat və rabitə, mədəniyyət və humanitar mübadiləsi məsələləri, geniş müzakirə olunacaq. Təşkilatın fəaliyyətinin daha da təkmilləşdirilməsi məsələlərinə də baxılacaq.

Sammitin yekunları üzrə əməkdaşlığın səmərəliliyinin artırılması və davamlı sahələrdə çoxtərəfli tərəfdaşlığın gücləndirilməsi üçün birgə sənədlər qəbul ediləcək.

Qeyd olunur ki, Şövkət Mirziyoyevin səfərinin gündəliyinə İstanbulda bir sıra ikitərəfli görüşlər də daxildir.

Türk Şurası 2009-cu ildə üzv dövlətlər arasında əlaqələri gücləndirmək məqsədilə yaradılıb.

Bu gün Özbəkistan, Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan Şuranın üzvüdür. Ölkə 2019-cu ildə təşkilata üzv olub. Macarıstan şurada müşahidəçi statusuna malikdir.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/buxarada-elektromobil-istehsalina-start-verile-biler
Həmçinin bax: kafkazh.com/biosenozlar

Translate »