Dekabr 4, 2022

Şövkət Mirziyoyevin prezidentliyə namizədliyi təsdiqləndi

Şövkət Mirziyoyevin prezidentliyə namizədliyi təsdiqləndi.

Turaz.org ÖzA xəbərinə görə bildirir ki, Özbəkistan Liberal Demokrat Partiyası Sahibkarlar və İş Adamları Hərəkatının 10-cu Qurultayında Özbəkistan Prezidentinin partiyadan namizədliyinin irəli sürülməsi müzakirə edilib.

Özbəkistan Respublikasının Prezidenti Daşkənddə yaşayan 1957 -ci il təvəllüdlü Şövkət Miromonoviç Mirziyoyev, Seçki Qanununun 64 -cü maddəsinə əsasən Liberal Demokrat Partiyasından Özbəkistan Prezidentliyinə namizəd olaraq göstərilir.

Nümayəndələr namizədliyi səsi çoxluğu ilə qəbul etdilər. Özbəkistan Liberal Demokrat Partiyası Siyasi Şurası İcraiyyə Komitəsinin sədri Aktam Xayitov, namizədə qarşıdan gələn seçkilərdə uğurlar arzuladı.

Tərcümə edən: Gülgün Novruzova
Həmçinin bax: turaz.org/bmt-rehberi-beynelxalq-ictimaiyyeti-talibanla-dialoqu-berpa-etmeye-cagirdi
Həmçinin bax: kafkazh.com/dunya-demokratiyasinin-inkisafinda-axc-numunesi-2

Translate »