Dekabr 5, 2022

Spirtli içkilərin sağlamlığa zərərləri

Yığıncaqlarda spirtli içkilərin süfrədə olması onun zərərli və asılılıq yaradan xüsusiyyətə malik olmasını unutdurur. Halbuki spirtli içki qəbuluna görə ölən insanların sayı xəstəliklər səbəbilə həyatını itirən insaların siyahısında üçüncü yeri tutur.

195 ölkədə aparılan “Xəstəliklərin Dünyəvi Yükü” adlı araşdırmada xəstəliklərlə alkoqol istifadəsi arasındakı əlaqə müəyyənləşdirilib.

Dünya əhalisinin 3 milyona yaxını alkoqol asılılığından əziyyət çəkir. Bu ciddi problemə ictimaiyyətin nəzərini cəlb etmək və həll yollarını müəyyən etmək üçün hər il oktyabrın 3-ü Ümumdünya Alkoqolizmlə Mübarizə günü kimi qeyd olunur.

Ümumdünya Alkoqolizmlə Mübarizə günü XIX əsrdə ABŞ-da həyatını sərxoşluqla mübarizəyə həsr edən ictimai xadim Con Finçin xatirəsinə həsr edilib.

Alkoqoldan zərərli istifadənin azaldılmasında həyata keçirilən qlobal strategiya Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) üzvlərinin və dövlətlərin ümumi öhdəliyi hesab olunur. ÜST spirtli içkilərin təsirindən əmələ gələn xəstəliklərin qlobal yükünü azaltmaqda daimi fəaliyyət göstərir.

Alkoqolizmin bədənə verdiyi zərərlərə qaraciyər serrozu, korluq, kardiyomiyopati (ürək genişlənməsi), yüksək təzyiq, əzələ yırtığı, qan xəstəlikləri, pankreas iltihabı, iflic və beyincik zədəsi nəticəsində müvazinət itkisi aiddir.

Etil spirti su ilə yaxşı həll olunur, odur ki, bədəndə qanın ən çox yuyulduğu orqan və toxumalarda maksimal konsentrasiyaya çatır. Bunlardan biri də qanın daha çox olduğu beyindir.

Professor Fedor Qruqoryeviş Uqlovun sözlərinə görə, alkoqolun beyinə vurduğu zərərləri ancaq kəllə-beyin travması ilə müqayisə etmək olar.

Alkoqolun təsiri ilə beyində neyronların kütləvi ölümü baş verir. Hüceyrələrin qəbiristanlığı hər dəfə, hətta az miqdarda içki qəbul etdikdən sonra genişlənir, mütəmadi olaraq içki içən insan beyni isə digər orqanlardan daha ciddi dəyişikliyə məruz qalır.

Əgər alkoqol asıllığı olan insan ilə sağlam insan beynini müqayisə etsək, nəzərə çarpacaq fərqlər üzə çıxacaq. Məhz bu səbəbdən də içki içən insanların psixikasında pozğunluq müşahidə olunur. Zehni bulanıqlıq və konsentrasiyanın olmaması, unutqanlıq, əsəbilik kimi hallar özünü göstərir.

Alkoqolizmin fiziki əlamətləri qırmızı burun, ovuc içi qızarması, gözün kornea təbəqəsində yağ halqası, əldə tremor, siqaret yanıqları, göyərtilər, əl və ayaqlarda qismən iflicdir.

Alkoqolizmin psixoloji nəticələrinə paranoya kimi əqli xəstəliklər, depressiya, intihar, yaddaş itkisi və erkən xərifləməni misal göstərmək olar.

Alkoqolun tez-tez və həddindən artıq istifadəsi alkoqol asılılığının formalaşmasına gətirib çıxarır.

“Bəs alkoqol üçün orta doza nədir?” sualına cavab olaraq son dövrlərin böyük həkimlərindən biri Paraselsin sözlərini həmişə xatırlamaq lazımdır:

“Hər şey zəhərdir və heç bir şey zəhərsiz deyil; bir doza zəhəri görünməz edir.”

Turaz.org Təhlil Komandası – Reyhan Hacı

Translate »