Oktyabr 2, 2022

Şri-Lankada yeni prezident seçilib

 

Bu gün Şri-Lanka parlamentində prezident seçkiləri keçirilib.

Turaz.org xarici KİV-ə istinadən xəbər verir ki, parlamentin deputatları Ranil Vikramasinqxeni prezident seçiblər.

Qeyd edək ki, Nümayəndələr Palatasında bu gün səhər saatlarında başlayan gizli səsvermədə parlament üzvləri keçən həftə Qotabaya Racapaksanın istefası nəticəsində boş qalan vəzifəni doldurmaq üçün növbəti prezidentin seçilməsi üçün səs veriblər.

73 yaşlı siyasətçi seçkidə Şri-Lankalı dissident Poducana Peramuna, keçmiş nazir Dullas Alahapperuma və deputat Anura Kumara Dissanayake ilə mübarizə aparıb.

Müxbir: Əzizə Əlizadə

Translate »