Sudan: Daşqınlar 65 nəfəri öldürür və evləri dağıdır.
Sudanda daşqınlar və leysan yağışlar ən azı altmış beş nəfərin ölümünə, on dörd mindən çox evin məhv edilməsinə səbəb oldu.
On minlərlə evə ziyan dəydi, bir neçə məktəb dağıdıldı və su mənbələri yararsız vəziyyətə gətirildi. Çox sayda mal-qara öldü.
Xartum sakini Abdelrahman İbrahim, “1946 ya da 1948-ci ildən bəri bu ilki kimi daşqınlar olmayıb” dedi.
Paytaxt Xartum və Mavi Nil və Çay Nil əyalətləri ən çox zərər görənlərdir.
Yerli sakinlər müvəqqəti baryerlər qurmaq üçün torbaları torpaqla doldururlar.
Avqust və sentyabr aylarında daha çox yağış yağacağı gözlənilir.
Sudanda iyun ayından oktyabr ayına qədər davam edən yağışlı mövsümdə Nil çayının suyunun səviyyəsi hər zaman yüksəlir, amma bu dramatik deyil
Mənbə : africanews
Müxbir : TurAz.org xüsusi müxbiri Həziyeva Ülviyyə, tərcümə etdi: Həziyeva Ülviyyə
həmçinin bax:https://turaz.org/baki-seheri-uzre-muzdlu-iscilerin-emekhaqqi-9598-manat-olub/
Həmçinin bax:https://arabic-media.com/arabicnews.htm
Son Xəbərlər
İranın Rusiyaya ixracı 57% artdı
İranda 3 məhkum edam edildi
Latviyanın yeni prezidenti seçilib