Sentyabr 30, 2022

Sülhməramlılar erməniləri monastıra ziyarətə gətirdilər – VİDEO

Bazar günü 15 erməni zəvvar Kəlbəcər ərazisindəki Xudavəng monastır kompleksini ziyarət edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, əldə edilən razılaşmalar nəticəsində Azərbaycan tərəfi zəvvarların rus sülhməramlılarının müşayiəti ilə kompleksə getməsinə icazə verib.

Turaz.org xəbər verir ki, Rusiya sülhməramlılarının müşahidə məntəqələrindən biri təhlükəsizliyi təmin etmək üçün monastırın yaxınlığında qurulub. Rusiya Müdafiə Nazirliyi bildirib ki, bundan əvvəl sülhməramlılar Azərbaycanın Alban-Udi xristian icmasının nümayəndələrinin də monastırı ziyarətini müşayiət ediblər.

Ermənistan vətəndaşlarının Azərbaycan ərazilərinə səfərinin hansı sənədlər və qanunlar əsasında həyata keçirildiyi məlum deyil. Azərbaycan Xarici İşlər Nazirliyi adıçəkilən ərazilərə xarici vətəndaşların səfərinin tənzimlənməsi ilə bağlı suallara hələ ki, cavab verməyib.

Müxbir: Əhmədli Lamiyə

Həmçinin bax: https://turaz.org/azerbaycan-tankcilari-ilk-doyus-atislarini-icra-etdiler-video/

Translate »