Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin görüşləri keçiriləcək. Qitə turnirində ilk dəfə iştirak edəcək “Sumqayıt” Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq. Təmsilçimizin baş məşqçisi Ayxan Abbasov oyunöncəsi mətbuat konfransı keçirib.
“Sumqayıt” Avropa Liqasında ilk görüşünə çıxır.1-ci təsnifat mərhələsində rəqib Şimali Makedoniyanın “Şkendiya” komandasıdır. Oyunun azarkeşsiz keçirilməsinə baxamayaraq görüşə maraq böyükdür. “Sumqayıt” futbolçuları qarşılaşmaya tam hazırdırlar. Bunu oyunöncəsi mətbuat konfransında komandamızın baş məşqçisi Ayxan Abbasov deyib.
Qeyd edək ki, Sumqayıtda “Kapitalbank Arenada” keçiriləcək görüş bugün saat 20:00-da başlanacaq və İdman TV-də canlı yayımlanacaq.
Müxbir:turaz.org xüsusi müxbir Aytac Cəfərova
Mənbə:idmantv.az
Həmçinin bax:https://kafkazh.com/hooponopono-metodu/
https://azertag.az/xeber/_quotSumqayit_quot_bu_gun_avrokuboklarda_debut_edir-1570565
Son Xəbərlər
“Baytaq” və “Respublika” partiyaları növbədənkənar seçkilərdə iştirak edəcək
Qırğızıstan-Çin sərhədində zəlzələ müşahidə olunub
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ