Oktyabr 4, 2022

Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində yeni dərzi emalatxanası

Turaz.org xəbər verir ki, Tekstil sektorunda keyfiyyətli kadrların hazırlanması məqsədilə Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində yeni dərzi emalatxanası yaradılıb.

Emalatxana Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JİCA) tərəfindən maliyyələşdirilən “Tekstil sektorunda keyfiyyətli kadrların hazırlanması üçün Sumqayıtda peşə təhsili müəssisəsində dərzi emalatxanasının qurulması” mini-qrant layihəsi çərçivəsində yaradılıb. “Dərzi” ixtisası üzrə müasir əmək bazarının tələblərinə cavab verən bilik və bacarıqlara malik kadrların hazırlanması üçün həyata keçirilən layihənin əsas məqsədi gənclərin, xüsusilə qadınların peşə təhsilinə cəlb edilməsi, onların məşğulluq imkanlarının artırılması və qadın sahibkarlığının inkişaf etdirilməsindən ibarətdir.

Layihə çərçivəsində müasir tikiş avadanlıqları ilə təchiz olunan emalatxananın cari ilin fevral ayından etibarən tam istifadəyə verilməsi nəzərdə tutulub.

Müxbir: Turaz.org xüsusi müxbiri: Nağızadə Ayşən

Həmçinin bax:https://turaz.org/sirvan-steam-merkezi-ile-tanisliq/

Həmçinin bax:https://turaz.org/distant-derslerle-bagli-qerari-mektebin-ozu-vere-biler/

Translate »