Ölkəmizi ilk dəfə UEFA Avropa Liqasında təmsil edəcək “Sumqayıt” klubu daha bir futbolçunu heyətinə cəlb edib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, sonuncu mövsümdə icarə əsasında Albaniyanın “Bylis” klubunda çıxış edən, lakin “Sabah”a məxsus olan mərkəz müdafiəçisi Eltun Turabov ilə müqavilə imzalanıb. Müqaviləyə əsasən, “Sumqayıt”da bir il müddətinə icarə əsasında çıxış edəcək 23 yaşlı futbolçu 33 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, “Sumqayıt” bundan əvvəl Tellur Mütəllimov, Elvin Məmmədov, Əli Qurbani, Kərəm Sultanov və Adəm Həmatini də transfer edib.
Müxbir: turaz.org xüsusi müxbir Məlahət Eynəlzadə
Mənbə: azertag.az
Həmçinin bax:https://kafkazh.com/quslar-sinifi/
Son Xəbərlər
Sədir Cəfərov: Qırğızıstan qardaş Özbəkistanla əməkdaşlığın inkişafına xüsusi önəm verir
Qazaxıstan Prezidenti Astana meri Qasımbəylə görüşüb
Füzulidə silah-sursat aşkar edilib