İyun 3, 2023

Sumqayıtda minik avtomobili avtobusla toqquşdu

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “Mercedes” markalı minik avtomobili və “İkarus” markalı avtobus toqquşub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1962-ci il təvəllüdlü Əmrahov Şəmkir Heydər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Müxbir: turaz.org xüsusi müxbir Zöhrə Məmmədova

Mənbə:azertag.az
Həmçinin bax:https://kafkazh.com/yosunlar-mamirlar-qijikimiler/https://kafkazh.com/qavrayisin-novleri/

Translate »