Dekabr 9, 2021

Şuşa postuna qumbara atan Mirzoyana 1000 dollar “mükafat” veriləcək

“Ermənistan milli qvardiyası” təşkilatı Şuşada terror törədən Norayr Mirzoyanın ailəsinə 1000 dollar yardım edəcək. “Mübarizə liderlərini tək qoymamaq hamımızın borcudur” – təşkilat bəyan edir.

Turaz.org Axar.az -a istinadən xəbər verir ki, bu terrorun və ermənilərin Azərbaycana qarşı kamikadze hücumlarının təşviq edilməsidir.

Və məsələ təkcə bir təşkilatın yardım etməsindən ibarət deyil: QHT kimi fəaliyyət göstərən “Ermənistan milli qvardiyası”nın əslində Ermənistan Təhlükəsizlik Xidmətinə bağlı olduğuna dair məlumatlar var; terrorçu Mirzoyana yardım edən və onun timsalında terroru qəhrəmanlaşdıran əslində Ermənistan dövlətidir.

Translate »