İyul 1, 2022

Şuşanın əsas küçələrindən birinə Atatürkün adı verilib

Şuşanın əsas küçələrindən birinə Türkiyə dövlətinin qurucusu, görkəmli ictimai-siyasi xadim Mustafa Kamal Atatürkün adı verilib.

Turaz.org-un məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tviter hesabında yazıb.

“Şuşanın mərkəzi küçələrindən birinə Atatürkün adı verilib. Təşəkkürlər”, – diplomat sosial şəbəkə hesabında yazıb.

Müxbir: Əzizə Əlizadə

Translate »