Fevral 2, 2023

“Təbəssüm yarat” Tovuzda – Foto

“Təbəssüm Yarat” könüllüləri Tovuzun Əsrikcırdaxan kəndinə səfər edib.

Turaz.org xəbər verir ki, komanda Yeni il bayramı münasibətilə yardım kampaniyası təşkil edərək yüzdən artıq uşağı sevindirib.

     

Yardımsevər insanlardan toplanan ianələrlə kənd məktəbində təhsil alan şagirdləri məktəbli çantası və qış geyimləri ilə təmin edib, bayram hədiyyələri təqdim ediblər.

   

Xatırladaq ki, “Təbəssüm Yarat” kənd məktəblərinə yardım kampaniyasını ilk dəfə 2017-ci ilin aprel ayında təşkil edib. Kənd məktəblilərinə yardım kampaniyası 5 il ərzində Azərbaycanın müxtəlif ucqar rayonunda – Daşkəsən, Ağdam, Ağcabədi, Astara Quba, Lerik, Şəki və Tovuzda baş tutub. 20-yə yaxın könüllünün fəaliyyət göstərdiyi təşkilatın məqsədi yardımsevər insanlar tərəfindən gələn ianə hesabına ucqar dağ kəndində təhsil almağa çalışan şagirdlərin tədris həyatına dəstək vermək, onları sevindirmək, təhsilə və idmana maraq yaratmaqdır.

Əgər siz də bu yardım kampaniyalarına dəstək olmaq istəyirsinizsə, “Təbəssüm yarat” komandasının sosial media hesablarına müraciət edə bilərsiniz.

 

Translate »