Batken vilayətinin qubernatoru Abdikarim Alimbaev bildirib ki,tacik hərbçiləri tərəfindən ələ keçirilən bütün kəndlər azad edilib, gecə saatlarında atışma olmasa da, vəziyyət gərgindir.
Turaz.org-un araşdırmasına görə, Abdikarim Alimbaev: “Vəziyyət sabitləşənə qədər biz Tacikistan tərəfi ilə sərhəddə baş verən insidentlə bağlı danışıqlar aparmağa davam edəcəyik. Qırğızıstan bölmələri ələ keçirilən kəndlərdə gecələr əməliyyat apararaq onları tacik hərbçilərindən azad ediblər”.
Sentyabrın 14-də Tacikistan Qırğızıstanın sərhəd zastavalarına və yaşayış məntəqələrinə hücum edərək silahlı təcavüzə əl atıb. Sentyabrın 16-da Tacikistan tərəfi əvvəllər əldə edilmiş bütün razılaşmaları pozaraq, Batken vilayətində Qırğızıstan-Tacikistan dövlət sərhədinin bütün perimetri boyunca sərhəd və mülki obyektlərə yenidən hücum edib. Tacikistan Qırğızıstan ərazisini ələ keçirmək üçün ağır zirehli texnika, reaktiv yaylım atəş sistemləri (MLRS) və təyyarələrdən istifadə edib.
Səhiyyə Nazirliyinin son məlumatına görə, Qırğızıstan tərəfdən 87 nəfər yaralanıb, 24 nəfər, o cümlədən uşaqlar ölüb. Səmərqənddə keçirilən ŞƏT sammiti çərçivəsində Qırğız Respublikasının Prezidenti Sədir Cəfərov Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüb. Hər iki ölkənin liderləri atəşi dayandırmaq, qoşunların və vasitələrin təmas xəttindən çıxarılması üçün müvafiq strukturlara göstəriş verməyə razılaşıblar. Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin məlumatına görə, tacik hərbçiləri zastavaların infrastrukturunu, həmçinin məktəbləri, uşaq bağçalarını, ticarət obyektlərini, təcili tibbi yardım məntəqələrini və evləri dağıdıblar. Onlar millətçi şüarlar səsləndirərək, küfr nümayiş etdirərək, Qırğızıstan Respublikasının sərhədçilərində ölənlərin cəsədlərini təhqir ediblər.
Son Xəbərlər
Sədir Cəfərov: Qırğızıstan qardaş Özbəkistanla əməkdaşlığın inkişafına xüsusi önəm verir
Qazaxıstan Prezidenti Astana meri Qasımbəylə görüşüb
Füzulidə silah-sursat aşkar edilib