Oktyabr 4, 2022
Qırğızıstan Tacikistan məsələsi

Tacikistan Batken və Leylek vilayətlərinin kəndlərini atəşə tutur

Qırğızıstan-Tacikistan sərhədində atışma davam edir, Batken dövlət administrasiyasının mətbuat xidməti sərhəddəki vəziyyəti gərgin olaraq xarakterizə edib.

Turaz.org bildirir ki, Batken vilayətinin Tort-Koco rayonun Qızıl-Bel, Kök-Taş, Tamdıq, Dostuk kəndlərində, Leylek rayonunun Kulundu, Dostuk, Maksat, Canı-Jer, Sada 1, Akçeçək, Katta-Tuz, Madaniyat, Lenin kəndlərində atışmalar davam edir.
Qırğızıstan və Tacikistan sərhədində silahlı toqquşma Tacikistan tərəfindın yenidən başladılıb. Cari ilin sentyabrın 8-dən Tacikistan tərəfi öz xüsusi təyinatlılarını Vorux anklavına köçürməyə başlayıb, həmçinin şərti dövlət sərhədi xətti yaxınlığında atəş mövqeləri hazırlayıb. Daha sonra sentyabrın 14-də səhər saat 08.00-da Tacikistan tərəfi Bulak-Başı ərazisində Səmərkəndək kəndi də daxil olmaqla 5 istiqamətdə odlu silah və minaatanlardan atəşə tutaraq silahlı təcavüz nümayiş etdirib. Nəticədə 10 mulki obyekt dağıdılıb, aralarından bir nəfər 11 yaşlı uşaq olmaqla 3 yerli sakin yaralanıb.

Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi qeyd edib ki, Qırğızıstana silahlı basqın da naməlum saqqallı, fərqlənmə nişanı olmayan qara hərbi geyimli şəxslər, ehtimal ki, muzdlu döyüşçülər tərəfindən həyata keçirilib.
Bu gün, sentyabrın 16-da Tacikistan tərəfi yenidən Qırğızıstanın sərhəd dəstələrini və Qırğızıstan tərəfinin Eki-Taş, Çir-Dobo və Kum-Mazar və Orto-Boz rayonlarındakı mövqelərini yüngül pulemyotlardan və ağır silahlarından atəşə tutmağa başlayıb.
Daha sonra saat 06:30-da Tacikistan tərəfi Batken sərhəd dəstəsinin Kok-Taş sərhəd zastavasının məsul ərazisini minaatanlardan atəşə tutmağa başlayıb.
Daha sonra səhər saat 7:15-də tacik hərbçiləri Səmərqəndək sərhəd zastavasını atəşə tutmağa başlayıblar.
Qırğızıstan bir daha Tacikistan tərəfini bütün sərhəd problemlərini və məsələləri yalnız sülh yolu ilə və danışıqlar masası arxasında həll etməyə çağırır.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi:Nigar Yusubova

Translate »