Dekabr 7, 2022

Tacikistan korrupsiyanın səviyyəsinə görə 180 ölkə arasında 150-ci yerdədir

Tacikistan 25/100 balla İran (25) və Mərkəzi Afrika Respublikası (24) arasında yer alıb.

Turaz.org xəbər verir ki, Berlində yerləşən korrupsiyaya nəzarət təşkilatı yanvarın 25-də 2021-ci il Korrupsiya Qavrama İndeksini dərc edib.

Türkmənistan (19) və Qırğızıstan (27) ilə birlikdə Tacikistan Şərqi Avropa və Mərkəzi Asiyada ən aşağı ölkələr sırasındadır və orta xalın “çox aşağı” 36-da olduğu regiondur.

Mərkəzi Asiyanın digər iki ölkəsi Qazaxıstan (32) və Özbəkistan (28) müvafiq olaraq 102 və 140-cı yerləri tuturlar.

Somali (13), Suriya (13) və Cənubi Sudan (11) indeksin son pillələrində qalırlar. Ən yaxşı ölkələr Danimarka (88), Finlandiya (88) və Yeni Zelandiya (88), sonra Sinqapur və yeddi Qərbi və Şimali Avropa ölkəsidir.

KQİ Dünya Bankı, Dünya İqtisadi Forumu, konsaltinq şirkətləri və mərkəzləri də daxil olmaqla 13 xarici mənbədən alınan məlumatlardan istifadə etməklə 180 ölkə və ərazini dövlət sektorunda korrupsiyanın qəbul edilən səviyyələrinə görə sıralayır. 0-100 şkalası üzrə rəqəm nə qədər az olarsa, bir ölkənin daha çox korrupsiyaya uğradığı qəbul edilir.

Builki Korrupsiya Qavrama İndeksi (KQİ) korrupsiya səviyyəsinin dünya miqyasında sabit səviyyəsində olduğunu göstərir.

Bu il qlobal orta göstəricinin mümkün 100 baldan cəmi 43 bal olmaqla, onuncu il ardıcıl olaraq dəyişməz qaldığı bildirilir. Çoxsaylı öhdəliklərə baxmayaraq, 131 ölkə son on ildə korrupsiyaya qarşı əhəmiyyətli irəliləyiş əldə etməyib. Ölkələrin üçdə ikisi 50-dən aşağı bal toplayır ki, bu da onların ciddi korrupsiya problemlərinin olduğunu göstərir, 27 ölkə isə indiyə qədərki ən aşağı balı toplayıb.

Tərcüməçi: Həmidə İskəndərova

Həmçinin bax: https://turaz.org/ceferov-yaponiya-ile-qirgizistan-arasinda-diplomatik-munasibetlerin-qurulmasinin-30-illiyi-munasibetile-bagli-beyanat-verib/

Translate »