Mart 29, 2023

Tacikistan Özbəkistandan tekstil məhsulları idxalını artırıb

Tacikistan 2022-ci ilin yanvar-iyul aylarında Özbəkistandan tekstil məhsulları idxalını artırıb.

Turaz.org Özbəkistanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yeddi ayı ərzində Özbəkistandan Tacikistana toxuculuq məhsullarının ixracı 21 milyon dollar təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə (9,2 milyon dollar) təxminən 2,3 dəfə çoxdur.

2022-ci ilin yanvar ayından etibarən Özbəkistan tekstil ixracının ən böyük payı Rusiyaya (698,3 milyon dollar), Türkiyə (373,8 milyon dollar) və Qırğızıstana (273,2 milyon dollar) düşüb. Bununla yanaşı, hesabat dövründə Özbəkistanın Tacikistana ixracının ümumi dəyəri 257,2 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (241,9 milyon dollar) 6,3 faiz çoxdur.

Tərcümə: Günay Xankişiyeva
Həmçinin bax: turaz.org/pakistanda-veziyyet-cox-pisdir-xilasediciler-cetinlik-cekirler-pakistanli-ekspert-qaiser-nawab
Həmçinin bax: kafkazh.com/qaraqoyunlu-dovletinin-etnik-menseyi

Translate »