Oktyabr 4, 2022
Hərbi qüvvələr

Tacikistan Qırğızıstan sərhədi boyunca əlavə qüvvə və ağır silahları yerləşdirməyi davam edir

Sentyabrın 16-da saat 23:30-a olan məlumata görə,Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyət gərgin olaraq qalır. Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat verib.

Turaz.org xəbər verir ki,Tacikistan Qırğızıstana mərmilərlə atəş açmağa davam edir və bəzi yerlərdə intensive döyüşlər gedir.
22:20 radələrində Tacikistan əsgərləri Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin Tamduk sərhəd zastavasına atəş açmağa başlayıblar. Əlavə olaraq Tacikistan Qırğızıstan Respublikasının sərhədlərinə əlavə qüvvə və təchizat, ağır  avtomobil yerləşdirir.Qırğızıstanın Leylek və Batken rayonları ilə üzbəüz Qırğızıstan sərhədi yaxınlığındakı bölgələrində Tacikistan qüvvə və vasitələri yenidən qruplaşdırır.

Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin heyəti Batken vilayətində dayanmış, düşmən hücumlarını dəf etməyə davam edir.
Xatırladaq ki, sentyabrın 14-də Tacikistan Qırğızıstanın sərhəd zastavalarını və binalarına hücum edərək silahlı təcavüz göstərib. Sentyabrın 16-da Tacikistan bütün əldə edilmiş razılaşmaları pozaraq, Batken vilayəti boyunca bütün Qırğızıstan-Tacikistan sərhəd xətti boyunca yenidən sərhəd və mülki obyektlərini atəşə tutub.
Tacikistan Qırğızıstan ərazisini ələ keçirmək cəhdində ağır zirehli texnika, reaktiv yaylım atəş sistemləri (MLRS) və təyyarələrdən istifadə edib.
Səhiyyə nazirliyi Qırğızıstanda 50-dən çox yaralı olduğunu bildirir, həmcinin ölənləri sayıda müəyyən edilib. Eyni zamanda mətbuat qərargahları Dostuk kəndində 15 yaşlı qızın öldüyünü bildirib.
Səmərqənddə keçirilən ŞƏT sammiti çərçivəsində Qırğızıstan prezidenti Sədir Cəfərov Tacikistan prezidenti İmaməli Rəhman ilə görüşüb. İki ölkənin dövlət başçıları atəşkəs üçün təmas xəttindən qüvvələrin və təchizatların çıxarılması müvafiq tədbirlərin görülməsi barədə razılığa gəliblər.
Son məlumata görə tam atəşkəs haqqında razılaşmaya baxmayaraq, Tacikistan hərbi qoşunları Qırğızıstan kəndlərinə atəş açmağa davam edir. Onıar zastavaların, eləcə də məktəblərin, bağçaların, pərakəndə satış məntəqələrinin, təcili tibbi yardım məntəqələrinin və evlərin infrastrukturunu dağıdırlar. Onlar millətçi şüarlar səsləndirərək, küfr nümayiş etdirir və postda həlak olan qırğız sərhədçilərinin cəsədlərini ələ salırlar.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi:Nigar Yusubova

Translate »