Oktyabr 4, 2022
Qırğızıstan

 Tacikistan təcavüzü-Sərhəd Batkendə 282 ev dağıdılıb

Qırğızıstan ərazisinə Tacikistan təcavüzü zamanı Batken vilayətində 282 yaşayış evi dağıdılıb.

 

Turaz.org xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin nümayəndələrindən ibarət işçi qrup sosial və məişət əhəmiyyətli obyektlərin dağıdılması nəticəsində dəymiş maddi ziyanı hesablamaq üçün Batken vilayətinin rayonlarını gəzir.

“Sentyabrın 19-na olan məlumata görə, Batken vilayətində 282 yaşayış binası, 3 strateji obyekt, 9 sosial obyekt, 300 ticarət və bələdiyyə obyekti dağıdılıb”, deyə – Çamaşev bildirib.

Qırğızıstan-Tacikistan sərhədində qarşıdurma sentyabrın 14-də başlayıb. Tacikistan tərəfi Batken vilayətində dövlət sərhədinin perimetri boyunca Qırğızıstanın sərhəd mühafizəsi və mülki infrastruktur obyektlərinə hücum edib. Tacikistan Qırğızıstan ərazisini ələ keçirmək cəhdində ağır zirehli texnika, reaktiv yaylım atəş sistemləri (MLRS) və təyyarələrdən istifadə edib. Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin məlumatına görə, Tacikistan hərbçiləri zastavaların infrastrukturunu, həmçinin məktəbləri, uşaq bağçalarını, ticarət obyektlərini, təcili tibbi yardım məntəqələrini və evləri dağıdıblar. Onlar millətçi şüarlar səsləndirərək postda həlak olmuş Qırğızıstan Respublikasının sərhədçilərinin cəsədlərini ələ salıblar. Batken vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Müxbir:Aytac Cəfərova

Translate »