İyun 11, 2023
Çin və Tacikistan əməkdaşlığı

Tacikistan və Çin iki dövlət arasındakı gələcək əməkdaşlığın prioritet sahələrini qeyd edib

 

Tacikistan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Tacikistan Prezidenti Emoməli Rəhmon 2022-ci il sentyabrın 15-də Özbəkistanın Səmərqənd şəhərində çinli həmkarı Si Tsinpin ilə görüşüb.

Turaz.org– un verdiyi xəbərə görə, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Toplantısı çərçivəsində keçirilən bugünkü görüşdə tərəflər gələcək əməkdaşlığın aşağıdakı prioritet sahələrini qeyd ediblər:
– nəqliyyat və rabitə;
– sənaye sektoru;
– enerji və müasir texnologiyalar;
– rəqəmsal iqtisadiyyat;
– yaşıl inkişaf.

Bundan əlavə, Tacikistan və Çin arasında metallurgiya, yüngül sənaye və yeyinti sahələrində əməkdaşlığın, habelə birgə sənaye parklarının yaradılmasının böyük perspektivi qeyd olunub.

Eyni zamanda, ölkə prezidentləri 2022-ci ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 82 faiz artan ticarətin müsbət artım tendensiyasını vurğulayıblar.

Tərcümə:Günay Xankişiyeva

Translate »