Oktyabr 24, 2021

Tacikistan və Pakistanın işgüzar dairələri əməkdaşlıq müqavilələri imzalayıblar

Tacikistan və Pakistan dövlət-özəl sektorunun subyektləri bir gün əvvəl, sentyabrın 16-da Düşənbədə keçirilən iki ölkənin işgüzar dairələri Forumunun nəticələrinə əsasən bir sıra əməkdaşlıq müqavilələri imzalayıblar.

Turaz.org xəbər verir ki, iki ölkənin işgüzar dairələri arasında “biznesdən biznesə” (B2B) formatında ikitərəfli danışıqlar zamanı müqavilələr imzalanıb.

Tacikistanın investisiya departamenti tam olaraq hansı müqavilələr və nə qədər məbləğdə olduğunu açıqlamır.

Forumda ŞƏT sammitində iştirak etmək üçün Düşənbədə olan Tacikistan Baş nazirinin müavini Osmanəli Osmanzadə və Pakistan Baş naziri iştirak edib.

Forumda iki tərəfdən 150 -dən çox iştirakçı, xüsusən də nazirlik və idarələrin rəhbərliyi və rəsmiləri, sahibkarlar və investorlar iştirak edib.

Tərcümə edən: Həmidə İskəndərova

Həmçinin bax:https://turaz.org/qazax-alimleri-alzheimer-ve-parkinson-xesteliklerine-qarsi-mualice-uzerinde-isleyirler/

Translate »