Bu gün yerli vaxtla saat 07.14 radələrində Tacikistanın paytaxtı Düşənbədən 165 km şimal-şərqdə Rəşt rayonundan 21 km şərqdə 6 bal gücündə zəlzələ olub.
Turaz.org-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələnin gücü episentrdə 6 bal, Düşənbədə 3 bal olub.
Zəlzələ nəticəsində Tacikabad rayonunun Lanqari kəndində 5 nəfər ölüb. Rəşt rayonunun Xicborak kəndində isə 2 yeniyetmə xəsarət alıb.
Müxbir: Turaz.org saytının xüsusi müxbiri Əlizadə Əzizə
Həmçin bax:https://turaz.org/qirgizistanda-1295-yeni-covid-19-a-yoluxma-fakti-askar-edilib/
Son Xəbərlər
Suriyadakı son vəziyyət
Türkiyə nazirləri son vəziyyət ilə bağlı məlumat veriblər
Qardaş ölkədə 7 günlük milli yas elan edildi